Biri vardı , biri yoxdu , bir əmi vardı - adı Nurməmməd idi , biz Mamed əmi deyirdik. Man özümü qanandan onu ağsaqqal sayılan görmyşəm . Cox ağıllı , bilikli idi Mamed əmimiz. Çox şeydən xəbəri vardı . Hərdən şahmat oynayardiq .Çox çətin keçirdi oyunumuz .Heyran olurdum o yaşda kişinin oyununa , cavanlıq həvəsinə .

Əmim yaxşi şerlər yazardı . Bız Bakıda olanda tez-tez gələrdi bizə , sevinirdi bizdə - cox qulluq edərdik ona - man də , Arifə də .

Axır illər çətin idi ona yaşamaq - Qubadlıdan ayrı düşmüş , xanımı dünyadan köçmüş , 7-ci mərtəbədə balaca bir otaqda gününü keçirərdi. Nəvələri ilə başını qatar , şerlər yazardı.

Man Amerikada olanda rəhmətə getdi əmim . Allah rəhmət eləsin sənə , əmi .

Əminin bir şerini oxuyun .

Nəslimiz !

Böyük tarix keçib bizim nəslimiz,

Nələr görüb - gəlib bizim nəslimiz ,

Zəngəzuru tutub Sofi nəslimiz ,

Zaman axib gedir ,nəsil yaşayir.

Zəmanə yaşadıb çox baba adı,

Qara Nəbi, Sofi Alı , Azadalı ,

Saleh, Xanəhməd, Molla Alı,

Zaman axib gedir, nəsil yaşayir.

Sari Alı ,Göy Alı ,Çaralı ,

Mirzə Alı, Məmmadəli ,Niftalı ,

Nəzəralı, Əhmədalı, Ağalı ,

Zaman axib gedir, nəsil yaşayir.

Babamız Lütfəli söz sənətkarı ,

Kalan idi onun dövləti malı,

Yaşadı ,qalmadı bir intizarı ,

Zaman axib gedir, nəsil yaşayir.

Danişardı kecmişdən ,olandan,

Quranın , kitabiın yazdıqlarından .

Ədalətlı hakimlərdən ,soltandan,

Zaman axib gedir nəsil yaşayir.

Danişardı zaman ab-havasindan ,

Tayfa arası comaq davasından ,

Yurd -yuva yerindən, el-obasından,

Zaman axib gedir, nəsil yaşayir.

Bir vaxt keçib, gəlib zamana ,

Quraqlıq üz verib o Naxçıvana,

Onda babam Nəbı köçüb Arana,

Zaman axib gedir, nəsil yaşayir.

Boynəkərə gəlib Sofi Nəbi oğlu ,

Bir qatır ,bir inək - cəmi var yoxu ,

Yurd saldı ,oldu çörəkli - unlu ,

Zaman axib gedir, nəsil yaşayir.

Hər evdə səkkiz-on övlad oldu,

Səpələnib yaxin-uzağa doldu,

Bir qisminin yolu Qarabaq oldu,

Zaman axib gedir, nəsil yaşayir.

Kişilər var idi, yekəpər, uzun ,

Qatlamaq olmurdu qolun nə dizin,

Boynunu burardı kəlin ,öküzün ,

Zaman axib gedir nəsil yaşayir.

Hanı o kişilər ,sanki yalandı,

Dağılıb yurd-yuva ,möhtac ,talandı,

Bacarsan yaxşı ol ,sənə qalandı,

Nəslinə arxa dur, yaşasın dünya!

Cırlanib adamlar ,olublar xırda,

Hörmətdi ,izzətdi - de qalib harda

Bir-birin aldadır, söyür bazarda,

Aldadır , aldanır , yaşayır dünya .

Uzaqlaşma , Ərşad , Əlqəmə , Paşa ,

Ay qohum-qardaşim , verin baş-başa ,

Qoymayın övladlar dönüb yadlaşa ,

İtirir , yadlanır , yaşayır dünya .

Bəd gözə ğəlməyin , şər işdən uzaq ,

Üstümüzdən əsməsin külək , nə sazaq ,

Firavan böyüysün hər övlad , uşaq -

Yaşasın nəsillar ,yaşasın dünya.

Qoy xoş ğəlsin zamanımiz , əsrimiz,

Hər ğünümüz , hər ayımız , fəslimiz,

Yayılsın , ad salsın Sofi nəslimiz ,

Zaman axib gedir nəsil yaşayir.

Kimə qalıb görən Nəbi oylağı ,

Kimə yataq olub Hərtizin dağı,

Şıxın hasarı , İsa bulaği ,

Zaman axib gedir nəsil yaşayir.

Var-dövlət tökülüb qalıb düşmənə ,

Odlu dağ çəkilib Azərbaycana ,

Bais çəkiləcək imtahana ,

Zaman axib gedir nəsil yaşayir.

Tərki - vətən insan yurdun axtarır ,

İgidin axtarır , mərdin axtarır ,

Elini axtarır , fərdin axtarır ,

Zaman axib gedir nəsil yaşayir.

Döyüş meydanıdır Həkəri , Bərşad ,

Pozulub qonşuluq , pozulub sərhəd ,

Boğur dünyamızı qüssə , kədər , dərd,

Zaman axib gedir nəsil yaşayir.

Kömək edə dost ölkələr , diyarlar ,

Kömək edə ədaləti olanlar ,

Yazıqdırlar çadirlarda qalanlar ,

Bilmirəm xəyalım hara aparır .

Vaqiələr çəkir məni vüsala ,

Qayıdam torpağa , dövlətə , mala ,

Son qoyula dünyada hər qeylü-qala ,

Zaman axib gedir nəsil yaşayir.

Bəsdir , dünya dəyişə bəd işini,

Qeyrətə gətirə hər bir kişini ,

Qaytara özünə xoş keçmişini ,

Xəyalim gör məni hara aparır ?

Azərbaycan düzəldə öz qəddini ,

Düşmənə göstərə bilə hədini ,

Düzəldə pozulmuş sərhədlərini ,

Hamı bilə yollar hara aparır .

Qayıda yurd yerı , ola əvvəlki ,

Dönə obasına o cöllərdəki ,

Gerçəyə çevrilə ürəyimdəki ,

Hami bilə yollar hara aparır ,

Xəyal gör bir məni hara aparır ?!